"Tvitter" blokladığı Kuba dövlətinin nəzarətindəki hesabların bəzilərini açdı

"Tvitter" blokladığı Kuba dövlətinin nəzarətindəki hesabların bəzilərini açdı

Eastnews.org-un verdiyi xəbərə görə, sosial media platforması "Tvitter" "siyasi pozuntu" səbəbilə blokladığı Kuba dövlətinin nəzarətindəki hesabların bəzilərini yenidən istifadəyə verib. Kuba Kommunist Partiyası lideri Raul Kastronun hesabı isə hələ də blokdadır.

Kuba rəsmiləri "Tvitter"i kütləvi senzurada ittiham edib.

"Tvitter" Kubadan bir çox hesabı bloklama səbəbi haqqında "Şirkətin manipulyasiya siyasətinin istifadəçilərin birdən çox hesab istifadə edərək, qarşılıqlı təsiri süni olaraq böyütmələrini və ya narahat etmələrini qadağan edir", - açıqlaması xaricində ətraflı məlumat verməmişdi.

Kuba lideri Raul Kastronun qızı və Kubanın Milli Cinsi Təhsil Mərkəzinin direktoru Mariela Kastro yenidən açılan hesabından cümə günü (13 sentyabr) ""Tvitter" nəhayət ki, hesablarımızı bizə geri qaytardı", - paylaşımı edib.

Mariela Kastro Kubaya qarşı "media hücumları" qarşısında həmrəylik göstərənlərə təşəkkür edib.

 

Mənbə: eastnews.org