Süni Zəka ürək çatışmazlığı diaqnozu qoya bilir

Süni Zəka ürək çatışmazlığı diaqnozu qoya bilir

65 yaşdan yuxarı insanların demək olar ki, 10%-i konjestif ürək çatışmazlığından (CHF) əziyyət çəkir. Konjestif ürək çatışmazlığına səbəb olan bir çox amil var, lakin xəstəliyin əsas səbəbi ürəyin özünə gələn qanı bədənə tam ötürə bilməməsi, başqa sözlə ürəyin sovurucu funksiyalarının zədələnməsidir.

Radioloji metodlar, qan analizləri və ultrasəs görüntüsü həkimlərə xəstəliyin diaqnozunda kömək etsə də, konjestif ürək çatışmazlığı diaqnozu elektrokardioqram (EKQ) tərəfindən edilir. Alimlər CNN adlı yeni bir metod üzərində işləyirlər ki, bu da tək ürək döyüntüsündən CHF diaqnozunu təsdiqləyə bilər.
CNN modeli, həm ürək çatışmazlığı olan və həm də sağlam insanların EKQ nəticələri vasitəsilə inkişaf etdirilir. Modelin edilən testlərdə 100% müvəffəq olduğu bildirilir. Bundan əlavə, yeni modelin yalnız bir ürək döyüntüsündən istifadə edərək ürək çatışmazlığını təyin edə biləcəyi bildirilir.

Sistem hazırda yalnız ağır CHF xəstələri və sağlam şəxslərin məlumatları ilə hazırlanmışdır. Sistemin yüngül CHF olan xəstələrə dəqiq diaqnoz qoyacağı hələ məlum olmasa da, klinik tətbiqlərdən əvvəl sistemin daha böyük məlumat şəbəkələri ilə öyrədilməsi və inkişaf etdirilməsi planlaşdırılır.

Bununla belə deyə bilərik ki, yeni metod süni zəka ilə klinik məlumatların qiymətləndirilməsində bir çox irəliləyiş üçün təkan verəcək .

Mənbə: azlogos.eu