ABŞ-da "qalmaqal" avtomobillərinə tələbat artıb

ABŞ-da "qalmaqal" avtomobillərinə tələbat artıb

Amerikan bazarında maraqlı vəziyyət qeydə alınıb. Əvvəllər dizel qalmaqalı üzündən sahiblərindən geri alınmış avtomobillərə olan tələbat ciddi şəkildə artıb. The New York Times nəşrinin jurnalistləri araşdırma apararaq, dilerlərdən TDI mühərrikləri ilə təchiz edilmiş avtomobillərə olan tələbatın yüksəlməsi səbəbini soruşublar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, İndiana ştatında yerləşən Vorderman Volkswagen avtosalonunun direktoru Çad Probstın sözlərinə görə, onun menecerləri artıq minə yaxın avtomobili satıblar. Onun bildirdiyinə görə, dizel avtomobillərinin aylıq satış həcmi 50-60 ədəd təşkil edir. Özü də, alıcılar başqa ştatlardan məqsədyönlü şəkildə gələrək dizel modellərini alırlar və digər avtomobillərə nəzər belə salmırlar.

Bu günə qədər geri alınmış 380 min avtomobildən 310 min ədədi satılıb. Yüksək tələbat bir neçə faktla bağlıdır: birincisi, yanacağa qənaət, ikincisi - hökumət orqanlarının tələbi ilə VW tərəfindən verilən dörd illik zəmanət, üçüncüsü isə, dizel avtomobillərinin bazarda təklif edilməməsidir. Dizel avtomobillərinin qiymətinin aşağı olması da tələbatın artmasında xüsusi rol oynayır. Məsələn, 2015-ci ilin Golf TDI modelini 11,5-12 min dollara almaq olar.

Volkswagen sahiblərindən geri alınmış dizel avtomobillərini boş stadion və parkinqlərdə toplayıb. Sonra isə, onları təmir edərək, hərracda satmağa üstünlük verib.

Milli.Az

Mənbə: news.milli.az