Porsche Taycan Nurburqrinqin yeni rekorduna imza atıb - VİDEO

Porsche Taycan Nurburqrinqin yeni rekorduna imza atıb - VİDEO

Bu ay Porsche şirkəti rekordları qeydə almaqla məşğul olub. Əvvəlcə, alman istehsalçısı Porsche Cayenne Turbo S E-Hybrid krossoverinin köməyi ilə İsveçdəki tikintisi başa çatmamış trekin "rekordunu" qeydə alıb. Bu günlərdə isə, Porsche DYM-i ilə təchiz edilmiş avtomobilləri bir kənara qoyaraq, Taycan elektrokarı ilə məşhur Nürburqrinqin "Şimal ilgəyinin" yeni rekorduna imza atıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, seriya istehsalına start verilməmiş Porsche markasının ilk elektrokarı "Nordşlyayfe"-nin dördqapılı elektrokarlar üçün yeni rekordunu qeydə alıb. Porsche şirkətinin test pilotu Lars Kernin idarə etdiyi avtomobil treki 7 dəqiqə 42 saniyəyə qət edib. Rekordu qeydə almaq üçün iki elektromotorla təchiz edilmiş 600 at qüvvəli elektrokardan istifadə olunub.

Xatırladaq ki, Porsche Taycan modelinin təqdimatı 4 sentyabr tarixində keçiriləcəkdir. Elektrokarın kütləvi debütü isə sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda baş tutacaqdır.

Milli.Az

Mənbə: news.milli.az