Xiaomi şirkəti yeni flaqman smartfonu Mi Mix 4 yox başqa cür adlandıracaq

Xiaomi şirkəti yeni flaqman smartfonu Mi Mix 4 yox başqa cür adlandıracaq

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti özünün Mix flaqman seriyasının növbəti modellərinin adlarını dəyişəcək. Görünür, bu məlumat öz təsdiqini tapıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət keçən ayın sonunda Mix Alpha ticarət nişanını qeydiyyatdan keçirtmək üçün sorğu göndərmişdi. Beləliklə şirkətin yeni flaqman smartfonu böyük ehtimalla məhz Mix Alpha adlanacaq.

Bu barədə IThome saytı xəbər verib. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru və 108 MP-lik ISOCELL Bright HMX kamera modulu ilə təchiz olunacaq. Çinin patent bürosunun məlumatlar bazasında Mix Alpha-dan başqa həmçinin Xiaomi Watch Color adına da rast gəlinib. Çox güman ki, söhbət, Mi seriyasının ilk smart saat modelindən gedir. Təəssüflər olsun ki, smart saat modeli barəsində heç bir məlumat yoxdur.

Milli.Az

Mənbə: news.milli.az