“Boeing” pilotsuz yanacaq doldurma təyyarəsi prototipinin sınaq uçuşunu keçirib

“Boeing” pilotsuz yanacaq doldurma təyyarəsi prototipinin sınaq uçuşunu keçirib

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, MQ-25A “Stingray” T1 prototipi iki saat havada uçub.

Skot Hava Qüvvələri bazasının yaxınlığında həyata keçirilən uçuş uğurla həyata keçirilib.

Uçuşlar zamanı prototipin yanacaq doldurma funksiyası sınaqdan keçirilməsə də, onun müxtəlif hava şəraitində və yüksəkliklərdə necə uçduğu yoxlanılıb.

2017-cı ildə ilk dəfə fotoları yayılan T1 təyyarəsinin 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Sevinc Əliyeva

Mənbə: ordu.az