Dünya üçün yeni TƏHLÜKƏ: Daha çox insan öləcək

Son yüz ilin ortaları ilə müqayisədə dünyada istilik şüaları hiss ediləcək dərəcədə artır.

Cebhe.info xəbər verir ki, Amerika mütəxəssisləri araşdırmalardan sonra bu qənaətə gəlib.

Mütəxəssislərin rəyinə görə, istixana qazlarının atmosferə atılması nəticəsində bu qazların əhatə etdiyi ərazilərdə ekstremal istilik 50-80 faiz artacaq. Kömür dioksidin artması nəticəsində onun əhatə edəcəyi ərazilər iki dəfə artacaq. Bu, həmçinin isti stressinə məruz qalan insanların sayını iki dəfəyə yaxın artıracaq. Eyni zamanda vaxtsız ölümlərin sayında artım riski var. Xüsusilə yaşı irəliləyən insanlarda bu risk daha artıqdır.

Bu, eyni zamanda enerjidaşıyıcılarından istifadə zərurətini artırmış olacaq, əsas yük təbii ki, kondisionerlərin üzərinə düşəcək.

Mütəxəssislər onu da bildirib ki, bu, həm də iqlim dəyişikliyi və qlobal istiləşmənin bir göstəricisidir.

Xəzər
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Pakistanla Azərbaycan arasında iki birbaşa aviareysin açılması gözlənilir

SONRAKI XƏBƏR

Bakı polisi piket iştirakçılarının şəhər təsərrüfatına vurduğu ziyanla bağlı görüntülər yayıb - FOTO