Twitter reklam nümayişi üçün “səhvən” telefon nömrələrindən və poçt ünvanlarından istifadə edib

Mikrobloqlar xidməti Twitter bildirib ki, istifadəçilərin ikifaktorlu identifikasiya və ya digər təhlükəsizlik tənzimləmələri üçün qeyd etdikləri poçt ünvanları və telefon nömrələrindən səhvən reklam nümayişi üçün istifadə edib. Neçə nəfər istifadəçinin bu səhvlə üzləşdiyi məlum deyil.

Problem, Twitter-in Tailored Audiences reklam sisteminə görə olub. Bu sistem, reklamçılara elektron poçt ünvanları və ya telefon nömrələri əsasında yaradılmış kütləvi istifadəçi siyahısı üzrə reklam xidmətinin nizamlanmasını həyata keçirməyə imkan verir.

Twitter aşkar edib ki, reklamçılar marketinq siyahısını yükləyəndə sistem onları istifadəçilərin ikifaktorlu identifikasiya üçün istifadə etdikləri telefon nömrələri və elektron poçt ünvanları ilə uyğunlaşdırıb.

“Bu bir səhv olub və biz buna görə üzr istəyirik” – Twitter-də bildiriblər.

Problemdən nə qədər istifadəçinin ziyan çəkdiyi bilinməsə də onların şəxsi məlumatlarının reklamçılara və üçüncü şəxslərə ötürülmədiyini qeyd ediblər. Problem 2019-cu ilin 17 sentyabrında aradan qaldırılıb.

Bizplus.az

ƏVVƏLKİ XƏBƏR

Apple-ın yeni məhsulu 1 noyabrda istifadəyə veriləcək

SONRAKI XƏBƏR

Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir, xilas edilənlər evə buraxılıblar