Azərbaycan regionda rəqəmsal mərkəzə çevrilir? - Şirkət rəhbərindən AÇIQLAMA

9 oktyabr, Fineko/abc.az. Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramı üzərində iş gedir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.

Şirkət rəsmisi İKT sahəsində davamlı inkişafdan, eləcə də özəl sektorun İKT sahəsinə verdiyi töfhələrdən danışıb: “AzerTelecom şirkəti Dövlət-Özəl sektor Tərəfdaşlığı üzrə qurulan Konsorsiumun üzvüdür. Şirkət Konsorsium çərçivəsində birgə fəaliyyətin səmərəli təşkili üçün rəqəmsal infrastrukturdan istifadə, “Digital HUB” proqramı çərçivəsində Konsorsiumun əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlərə öz töhfəsini vermək niyyətindədir.”

Müəllif: Elmir Murad

Abc.az

ƏVVƏLKİ XƏBƏR

Ayətullah Xamenei: Biz atom bombasının istehsalı üçün addım ata bilərdik, amma bu islama ziddir

SONRAKI XƏBƏR

“Mançester Yunayted” rəhbərliyi Sulşerə iki oyunluq vaxt verib