Təqdimata hazırlaşan Redmi 8 barəsində yeni məlumatlar verilib

Təqdimata hazırlaşan Redmi 8 barəsində yeni məlumatlar verilib

Redmi 8-in təqdimatına sayılı günlər qalıb və bu münasibətlə Xiaomi şirkəti yeni modelin özəlliklərini müxtəlif tizer fotolar ilə sərgiləyir. Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin öz Twitter hesabında təqdim etmiş olduğu yeni tizer fotolara əsasən Redmi 8 smartfonu sürətli şarj texnologiyasına sahib böyük həcmli batareya və USB-C girişi ilə təchiz olunacaq.

Tizer fotolarda batareyanın həcmi ilə sürətli şarj texnologiyasının gücü barəsində məlumat qeyd olunmayıb. Çox güman ki, bu, 15-18 vatt gücündə olan sürətli enerji yığma texnologiyasına sahib 5000 mAh enerji tutumlu batareya olacaq. Bununla yanaşı smartfon ikili arxa kameraya da sahib olacaq və həmin kamera sensorlarından ən əsası Sony markalı olacaq.

 

Güman olunur ki, bu, 12 MP-lik Sony IMX363 kamera modulu olacaq. Redmi 8A-da da bu cür kamera modulu quraşdırılıb. Smartfonun digər özəlliklərinə gəldikdə isə o, HD+ keyfiyyətli 6.21 düym ekran, 2.0 GHz tezlikdə çalışan prosessor (Snapdragon 439 və ya Snapdragon 632) və barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi 8 modeli 9 oktyabr tarixində Hindistanda təqdim olunacaq.

Milli.Az

Mənbə: news.milli.az