Çinlilər “uçan boşqab” hazırlayırlar - FOTO

Çinlilər “uçan boşqab” hazırlayırlar - FOTO

Çinli mütəxəssislər “Super Great White Shark” diskvari uçan apparatının prototipi üzərində çalışırlar.

“Global Times”ın verdiyi məlumata əsasən, o, “uçaq boşqaba” və ya NUO-ə bənzəyir.

Apparatın ilk uçuşunun 2020-ci ildə “Airshow China 2020” beynəlxalq aerokosmik sərginin çərçivəsində baş tutacağı gözlənilir. Qeyd edilən sərgi 1996-cı ildən bəri cüt illərdə Çinin cənubunda Çjuhae şəhərində keçirilir.

“Super Great White Shark”ın maketi oktyabrın 10-da Tyantsində “China Helicopter Exposition 2019” sərgisində təqdim olunub.

Mənbə: www.oxu.az