Çində helikopter sərgisi keçirilib - VİDEO

Çində helikopter sərgisi keçirilib - VİDEO

Çinin Tiencin şəhərində 5-ci Çin helikopter sərgisi keçirilib. Dördgünlük sərgidə dünyanın helikopter, habelə helikopterlər üçün avandalıq, ehtiyat hissələri istehsal edən 18 ölkəsindən təxminən 415 şirkət iştirak edib. Sərginin 165 min kvadratmetrlik ekspozisiya sahəsində hərbi və mülki helikopterlər, o cümlədən sərnişin və yük daşınması üçün nəzərdə tutulan helikopterlər, təcili tibbi yardım helikopterləri, fövqəladə hallarda istifadə olunan helikopterlər nümayiş olunub.

Bu ilki sərgimiz əvəvlki 4 sərgidən daha böyükdür. Biz helikopter sənayesindəki ən son texnoloji yeniliklər, habelə çox ağır yük qaldırmaq imkanlı olan helikopterlər də daxil olmaqla hazırda üzərində iş davam edən texnologiyanı sərgidə təqdim etdik.

Sərginin xüsusi maraq doğuran məqamlarından biri helikopterlərin akrobatik şouları olub. Bu şoularda ən son texnoloji cihazlarla təchiz olunmuş 27 hərbi və mülki helikopter iştirak edib. Onların bəziləri ilk dəfə ictimaiyyətə təqdim olunub. Çinin "Külək və şimşək" akrobatik komandası yerli istehsal olan Z-10, Z-19 və Z-20 helikopterləri ilə şou göstəriblər. Qeyd edək ki, Z-20 helikopteri ilk dəfə oktyabrın 1-də Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibəti ilə Pekində təşkil olunmuş hərbi paradda geniş ictimaiyyətə təqdim olunub. Sərgidə xilasetmə əməliyyatlarında istifadə olunmaq üçün istehsal edilən helikopterlərin təlim çıxışları baş tutub. Bundan başqa, gələcəkdə istehsalı nəzərdə tutulan konseptual helikopter modelləri də təqdim olunub. Sərgidə qlobal helikopter bazarının aparıcı əsas iştirakçılarının, o cümlədən istehsalçıların, istismarçı şirkətlərin, sifarişçilərin iştirakı ilə müxtəlif tədbirlər, forumların, təqdimatlar, konfranslar keçirilib, ziyarətçilər virtual reallıq texnologiyasının köməyi ilə helikopterdə uçuş həyacanını yaşayıblar. Sərgini ümumilikdə 30 min insan ziyarət edib.

Mənbə: www.realtv.az