Nokia'nın ilk 5G dəstəkli smartfon modelinin dizaynı və bəzi özəllikləri ortaya çıxdı

Nokia brendi hələ 5G dəstəkli smartfonları anons etməyib. Lakin internetdə həmin smartfonlardan biri barəsində məlumatlar ortaya çıxıb. Məşhur hindistanlı insayder Mukul Sharma, Nokia brendinin 5G dəstəkli smartfon modelinin dizayn fotosunu, texniki özəlliklərini və onun mümkün ola biləcək adını təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən Nokia-nın 5G dəstəkli smartfonu Snapdragon 700 seriyasından olan prossessor və 5G modem ilə təchiz olunacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, onun arxasında yelrəşdiriləcək kameralar isə xüsusi kvadrat sahənin daxilində olacaqlar. Minimal nazik çərçivələrdən ibarət ekrana sahib smartfon çox güman ki, Nokia 8.2 5G adını əldə edəcək. Təqdim olunmuş fotodan da görmək olar ki, ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Buna baxmayaraq ön kameranın ekranın alt hissəsində və ya gövdənin yuxarısının daxilində yerləşdiriləcəyi bilinmir. Smartfonun nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ekvadordakı etirazlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb

SONRAKI XƏBƏR

432 milyonluq müqavilələr imzalanacaq