Subaru XV modelini də yeniləyib - FOTO

Subaru şirkəti Impreza modelinin ardınca XV krossoverini də yeniləyib. Səkkiz ildir ki satılan krossover elə də ciddi dəyişikliklərə məruz qalmayıb. Zahiri dəyişikliklərə misal olaraq, dizaynı dəyişdirilmiş gündüz hərəkət işıqlarını və arxa bamperdəki duman əleyhinə fənərləri göstərmək mümkündür.

Krossoverin salonunda iri ölçülü displeyi olan multimedia sistemini görmək olar. İri displeylə yanaşı, multimedia sistemi genişləndirilmiş funksiyalara sahib olub. Bunun nəticəsində mərkəzi konsoldakı düymələrin yerləşdirilməsi də yenidən nəzərdən keçirilmişdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Subaru Impreza modeli kimi XV krossoveri də EyeSight Touring Assist kompleksinə sahib olub. Bu kompleksin tərkibinə adaptiv kruiz-kontrol, avtomobili zolaqda saxlama funksiyası və avtomatik əyləcləmə sistemi daxildir. Əvvəllər bu funksiya opsional avadanlıq kimi əlçatan idi, yenilənmədən sonra isə bu funksiya, baza variantı da daxil olmaqla, bütün təchizat səviyyələrinin avadanlıq siyahısına salınıbdır. Bundan başqa, X-Mode yolsuzluq sistemi iki rejimə sahib olub: indi torpaq yolda və palçıqda hərəkət etmək üçün ayrı rejimlər mövcuddur.

Avtomobilin mühərrik çeşidində də cüzi dəyişiklik olub. Yaponiya bazarında Subaru XV modelinin 2,0-litrlik benzin mühərriki ilə təchiz edilm. Versiyası ixtisra düşüb. 154 at qüvvəli 2,0-litrlik mühərriklə təchiz edilmiş Subaru XV mütləq start və sürətlənmə zamanı yardım edən e-Boxer sisteminə (variatora quraşdırılmış 14 at qüvvəli və 65 Nm fırlanma anı olan elektromotor) malik olmalıdır. Krossoverin baza variantı 115 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki və variator ilə təchiz edilir.

 

Yenilənmiş Subaru XV modelinin Yaponiyadakı satışlarına noyabr ayında başlanacaqdır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Tarixçi: Zəngəzurun Ermənistana verilməsi türkdilli dövlətlər arasında bağların zəifləməsinə səbəb oldu

SONRAKI XƏBƏR

Milan Obradoviç: "Planlaşdırdığımız kimi oynadıq"