Lexus Tokyo avtosalonuna yeni avtonom elektrokarla qatılacaq - VİDEO

Lexus markası iki sanyəlik videotizeri və iki kəlməlik mətbuat açıqlamasını dərc edərək, Tokyo avtosalonunda yeni konseptual avtomobili nümayiş etdirəcəyini bəyan edib.

Toyota şirkətinin lyuks bölməsi yeni konseptin sıfır tullantıya malik olacağını, elektrik güc qurğusu ilə hərəkətə gələcəyini və sükan çarxına malik olmayacağını bildirib. Bu isə, e-TNGA modul platformasında inşa ediləcək konseptual elektrokarın avtonom olacağından xəbər verir. Böyük ehtimalla, yeni konsept yığcam ölçülərə malik olan şəhər avtomobili olacaqdır. Yeni konseptin futuristik görkəmə malik olacağını əminliklə söyləmək olar.

Bundan başqa, elektrokarın bir müddət bundan öncə hazırlanmış iki ekranlı məlumat-əyləcə kompleksi ilə təchiz ediləcəyini və radiator barmaqlığının yenilənmiş versiyasına sahib olacağını ehtimal etmək olar. E-TNGA platforması həm öndən, həm də arxadan çəkişli avtomobillər üçün uyğundur. Eyni zamanda, çevik platforma iki mühərrikli və tam ötürməli elektrokarları istehsal etməyə də imkan verəcəkdir.

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Varlılar üçün yeni lüks - Qızıldan bank kartı

SONRAKI XƏBƏR

9 ildir zirzəmidə "dünyanın sonu"nu gözləyən ailə tapıldı