Google 200 min Afrikalı tələbəyə rəqəmsal təhsil verəcək

Google 200 min Afrikalı tələbəyə rəqəmsal təhsil verəcək

Google "Afrika üçün Rəqəmsal Bacarıqlar" proqramı çərçivəsində Nigeriya, Keniya və Cənubi Afrikadan 200.000 tələbəyə kodlaşdırma və kompüter təhsili verəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, yerli mediada yer alan məlumatlara görə, Google Saxaranın prezidenti Mojolaoluva Aderemi-Makinde: "Google proqramı çərçivəsində, ilk mərhələdə 9-16 yaş qrupundakı 200 min şagirdə kompüter elmləri və rəqəmsal təhsil veriləcək", - deyə vurğulayıb.

İştirakçıların Nigeriya, Keniya və Cənubi Afrika gənclərindən ibarət olacağını bildirən Aderemi-Makinde "Bu təlimlərlə uşaqların kompüterlə qarşılıqlı əlaqələrini artırmaq və bu sahəyə inamlarını artırmağı hədəfləyirik", - ifadəsini işlədib.

Üç ölkədə reallaşdırılacaq proqramlar çərçivəsində gənclərə təhsil veriləcək, müəllimlər və ailələrə rəqəmsal təhlükəsizlik sahəsində təqdimatlar ediləcək.

Google tərəfindən həyata keçirilən təlim proqramları çərçivəsində 2022-ci ilə qədər 10 milyon afrikalının təhsilləndirilməsi hədəflənir.

Milli.Az

Mənbə: news.milli.az