Niyə insanlar yadplanetlilərin izini aşkarlaya bilməyib? - YENİ VERSİYA

Niyə insanlar yadplanetlilərin izini aşkarlaya bilməyib? - YENİ VERSİYA

Yad planetlilər bizə məlum olmayan texnologiyalardan istifadə etdiyi üçün biz onların izinə düşə bilmirik.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, bu iddianı Gürcüstanın Azad Tblisi Universitetinin alimi Zaza Osmanov irəli sürüb.

Bir sözlə, biz səhv yerdə axtarırıq.

"Science Alert" nəşrində dərc olunan məlumata əsasən, alim Fermi paradoksunu (milyardlarla illər ərzində kainatda yayılmış olmalı olan Yerdən kənar sivilizasiyaların fəaliyyətinin sübutunun olmamasını) fərqli yöndə izah edib.

O, hesab edir ki, Yerdən kənar sivilizasiyalar nanometrdən də kiçik zondlardan istifadə etmiş ola bilər və biz xüsusi təchizatımızın olmadığı üçün onları görməyə bilərik.

Osmanov iddia edir ki, kəşfiyyatçı gəmilər fəzada uçuşaraq məlumatlar toplayıb yadplanetlilərə göndərirlər. Gəmilər o qədər kiçikdir ki, kosmik fəzadakı hidrogenin atomları onlara enerji mənbəyi kimi, hətta özünəbənzər yeni zondlar yaratmaq üçün bəs edir.

Alim hesab edir ki, hidrogen protonlarını udduqda kosmik gəmilər infraqırmızı diapazonda işıq saçırlar, bu səbəbdən də həmin şüa spektrində onları izlədikdə çoxkilometrlik kometaya bənzəyəcəklər. Bu "kometa" qəfil parlaqlığını dəyişərsə, deməli. kəfiyyatçı gəmilər yerlərini dəyişir.

Alimin nəzəriyyəsinə görə, bəşəriyyət kosmosda öz texnologiyalarına bənzər bir şey axtarır, lakin parametrlər tamam fərqli ola bilər.

Bəlkə də, yalnız kosmik gəmilər deyil, elə onları yaradan yadplanetlilərin özləri də inanılmaz dərəcədə kiçikdirlər. Bəlkə baxış bucağımızı dəyişsək və intellektin razmerlərdən asılı olmadığını qəbul etsək, hansısa irəliləyişə nail ola bilərik.

Natəvan Baxşiyeva

Mənbə: big.az