NASA yeni kosmonavt geyimlərini tanıtdı

NASA kosmonavtların digər planetlərə keçiriləcək uçuş zamanı geyinəcəkləri kosmos geyimlərini tanıdıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, geyimlərin hələ də təkmilıəşdirmə mərhələsində olduğu bildirilib. NASA bu yeni geyimləri 2024-cü ildə Aya ediləcək uçuşa qədər istifadə edilə biləcək vəziyyətə gətirəcək.

"xEMU" adlanan bu yeni nəsil kosmos geyimi kosmonavtların hal-hazırda Beynəlxalq Kosmos Stansiyasında geyindikləri geyimin dizaynından ilhamlanaraq hazırlanıb. Bu geyimlər kosmonavtların Ayda daha rahat yaşaya bilmələri və çalışa bilmələri üçün təkmilləşdirilib.

Əvvəlkilərdən fərqli olaraq bu geyimlərin bel və ayaq qismləri bükülə bilir və bunun sayəsində kosmonavtlar daha rahat yeriyə, hərəkət edə biləcəklər.

NASA geyimin -250-250 faranheyt arasında istiliyə dözümlü olduğunu açıqlayıb.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada atışma - 5 ölü, 2 yaralı

SONRAKI XƏBƏR

Özbəkistan qızıl ixracını artırır