“Raytheon” şirkəti bir neçə saniyə içində PUA-ları aşkar edə və vura bilən PUA əleyhinə lazer silahını ABŞ Hərbi Hava Qüvvələrinə təslim edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, silahın təqdimatı 1 il öncə baş tutub.
Silah PUA-ları aşkar etmək və izləmək üçün elektro-optik/infraqırmızı sensorlardan istifadə edən xüsusi kiçik bir nəqliyyat vasitəsinə quraşdırılmış yüksək enerjili lazer sistemidir.
Sistem PUA-nı aşkar etdikdən bir neçə saniyə sonra lazerlə onu zərərsizləşdirə bilir.
Sevinc Əliyeva
Mənbə: ordu.az