Redmi K30 smartfon seriyasının təqdimatı barəsində məlumat verildi

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore Redmi K30 smartfon seriyasının təqdimat tarixi barəsində məlumat verib. Onun sözlərinə əsasən adi Redmi K30 modeli bu ilin sonuna kimi təqdim ediləcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, çox güman ki, təqdimat tədbiri dekabr ayında baş tutacaq. Bu barədə Gagadget saytı xəbər verib. Redmi K30 Pro-ya gəldikdə isə insayder bildirib ki, o, gələn il təqdim ediləcək. Şirkətin nəyə görə təqdimatları müxtəlif vaxtlarda keçirtmək istədiyi bilinmir. Qeyd etmək lazımdır ki, Redmi K30 smrtfonu Redmi brendinin 5G dəstəkli ilk smartfon modeli olacaq.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Zirə”nin futbolçusu Bostvana yığmasına çağırılıb

SONRAKI XƏBƏR

Abşeronun 27 qəsəbəsində su təchizatı ilə bağlı layihələr həyata keçirilib