Ford elektrik krossoverin debüt tarixini açıqlayıb - VİDEO

Ford elektrik krossoverin debüt tarixini açıqlayıb - VİDEO

Ford şirkəti Mustang modelinin üslubunda dizayna malik olan elektrik krossoverinin təqdimat tarixini açıqlayıb. Krossoverin silueti göstərilmiş videoçarxda təqdimat tarixinin 17 noybr olduğu bildirilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni krossoverin profilindən onun Ford Mustang kupesinə bənzədiyi aydın görünür: işıq texnikasının cizgiləri və kuzovun formaları bu təsdiq edir. Böyük ehtimalla, dizaynerlər əfsanəvi kupenin radiator barmaqlığının formasından da istifadə edəcəkdirlər. Ford yeni krossover haqqında başqa məlumat verməyib.

Milli.Az

Mənbə: news.milli.az