Hyundai yeni Grandeur modelinin ilk tizerini dərc edib - VİDEO - FOTO

Bu gün Hyundai şirkəti yenilənmiş Grandeur sedanının ilk tizerini dərc edib. Bu tizerdə yenilənmiş avtomobilin kuzov elementləri nümayiş etdirilir.Xatırladaq ki, bir neçə gün bundan öncə, İnternet şəbəkəsində yeni Hyundai Grandeur modelinin şəkilləri peyda olub. Bu gün isə, koreya markası videotizeri dərc edərək məsələyə aydınlıq gətirib .

Milli.Az autograph.az-a istinadən bildirir ki, videotizerdən də göründüyü kimi yeni Hyundai Grandeur rombşəkilli tərtibatı olan radiator barmaqlığına sahib olub. Bundan başqa, sedan yeni formalı ön fənərlərə və kuzovboyu uzanan nazik formalı arxa fənərlərə sahib olub.

Hyundai Grandeur modelinin eksteryeri koreya markasının son dizayn konsepsiyasına uyğun gəlir. Yeni sedan iri radiator barmaqlağına, başqa formalı bamperlərə, "süzən" mərkəzi konsola və daha böyük mərkəzi displeyə sahib olub.

Yeni Hyundai Grandeur modelinin mühərrik çeşidinə 280 at qüvvəsinə malik olan 2,5-litrlik Theta III mühərriki və hibrid güc qurğusu daxil ediləcəkdir. Hyundai markasının yerli nümayəndəsi dekabr ayından başlayaraq yeni modelə sifarişləri qəbul edəcəkdir. Ilk avtomobillər müştrilərə mart-aprel ayılarında çatdırılacaqdırlar.

 

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Bütün qazanxana və istilik məntəqələrində nəzarət sistemləri quraşdırılacaq" - RƏSMİ

SONRAKI XƏBƏR

Rusiya yığmasının kapitanı: “Azərbaycan yığması asan keçiləsi komanda deyil”