Hyundai Grandeur yeni sedanının dizaynı tizerdə nümayiş etdirildi

Hyundai Grandeur sedanının yenilənmiş modelinin rəsmi tizerləri əlçatan oldu.

Milli.Az ted.az-a istinadən bildirir ki, yenilik multimedia sisteminin iri sensor ekranı, qabaqcıl kondisioner və bir sıra digər seçimləri ilə fərqlənir. Alət paneli 12,3 düym diaqonallı möhtəşəm displey alıb. Kuzova gəlincə, burada idman üslubu nəzərə çarpır. Bundan əlavə, sedan dəbdəbəli baş optikaya, unikal radiator barmaqlığına və təkmilləşdirilmiş arxa işıqlara sahib olub.

Avtomobilin kapotunun altında gücü hələlik məlum olmayan 2,5 litrlik benzin aqreqatı quraşdırılıb. Xatırladaq ki, Hyundai Grandeur-un aktual versiyası 2016-cı ildən satılır, lakin təkmilləşdirilmiş modifikasiya 2020-ci ilin yayında satışa çıxarılacaq.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Avropa Liqası: APOEL - “Qarabağ” oyununda qol var, "Sevilya" isə səfərdə rəqibi darmadağın edir - YENİLƏNİR

SONRAKI XƏBƏR

ELMİ FANTASTLAR 2020-Cİ İLİ NECƏ TƏSƏVVÜR EDİRDİ?