Tanış olun: Subaru Levorg - FOTO

Məlum olduğu kimi, Subaru Levorg modeli artıq altı ildir ki Yaponiyada satışdadır. Bu səbəbdən də universalın ikinci nəslinin yaxın zamanlarda debüt etməsi o qədər də təəccüb doğurmalı deyil. Subaru markası bu gün işinə başlamış Tokyo avtosalonunda yeni modelin seriyaöncəsi prototipini nümayiş etdirib. 2020-ci ilin ikinci yarısında Yaponiyada satışa çıxacaq seriya modeli prototipdən elə də ciddi fərlənməyəcəkdir.

İlk baxışdan yeni avtomobil cari modelin yenilənmiş versiyası kimi görünsə də, Subaru şirkəti Tokyoda nümayiş etdirilən Levorg modelinin tamamilə yeni avtomobil olduğunu iddia edir və sübut kimi modelin inşa edildiyi SGP (Subaru Global Platform) modul platformasını göstərir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobilin tamamilə qaraldımış şüşələrlə debüt etməsi və interyer şəkillərinin dərc edilməməsi yaponların avtomobilin salonunu nümayiş etdirməyə hazır olmadığını göstərir. Bununla belə, yeni modelin EyeSight sisteminin təkmilləşdirilmiş versiyası ilə təchiz ediləcəyi məlumdur. Dörd radara və genişformatlı stereokameraya sahib olan sistem nəqliyyat vasitəsinin 360 dərəcəlik görüntüsünü təmin edir.

Bundan başqa, Subaru yeni modelin çoxsaylı müasir yardımçı sistemlər ilə təchiz ediləcəyini də bildirib. Yüksək dəqiqlikli xəritəyə malik olan naviqasiya sistemi ilə tandemdə çalışan Touring Assist avtomagistral yardımçısı gərək olduqda sürəti artırıb-azalda, zolağı dəyişdirə, həmçinin tıxaclarda avtomobili tamamilə dayandırıb yenidən hərəkətə başlada biləcəkdir.

 

Güc aqreqatlarına gəldikdə isə, ikinci nəsil Subaru Levorq modelinin yeni 1,8-litrlik dördsilindrli oppozit turbomühərrik ilə təchiz ediləcəyi bildirilib. Lakin, istehsalçı aqreqatın xarakteristikalarını açıqlamayıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ər hamama gizli kamera yerləşdirdi - Xanımı dəhşətə gəldi

SONRAKI XƏBƏR

Qondarma “DQR”in özünün kağız pulları - suveren Azərbaycana qarşı cinayətdə Avropa Mərkəzi Bankının da adı keçir...