Türkiyə ilk qanadlı raketini sınaqdan keçirdi – VİDEO

Türkiyə ilk qanadlı raketini sınaqdan keçirdi – VİDEO

Türkiyənin ilk qanadlı raketi "Atmaca" uğurla sınaqdan keçirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Atmaca" uzun məsafəli, ən az iz buraxan və yüksək hədəfi məhvetmə dəqiqliyi ilə müasir donanma platformalarında istifadəyə hazırdır.

İstənilən hava şəraitində istifadə edilə bilən "Atmaca" əks hücumlara müqavimət göstərən, hədəf yeniləmə, yenidən hücum, missiyanın ləğvi imkanları və 3D yönləndirmə sayəsində sabit, hərəkətli hədəflərə qarşı məhvedici xüsusiyyətə sahibdir. Hədəfi yüksək dəqiqliklə tapmaq üçün raket aktiv radaraxtaran sistemlə təchiz olunub.

200 km-dən çox məsafə qət edən "Atmaca" daha uzaqdakı hədəflər üçün də böyük təhdid hesab edilir.

Raket 2020-ci ildə Dəniz donanmasının inventarına daxil ediləcək. "Atmaca" inventarda Amerika istehsalı "Harpoon" raketini əvəz edəcək.

Milli.Az

Mənbə: news.milli.az