Feysbuk yeni proqramla ABŞ seçkilərini qoruyacaq

Feysbuk şirkəti partiya və siyasətçilərin hesablarını haker hücumlarından qorumaq, həmçinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə hallarını aradan qaldırmaq üçün “Feysbuk Protekt” proqramını işə salıb.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk şirkətindən informasiya verilib.

Proqramın seçilmiş vəzifəli şəxslərin, namizədlərin, habelə onların işçilərinin və digər şəxslərin hesablarını haker hücumlarından qorumaq üçün nəzərdə tutulduğu bildirilir. Belə ki, şirkət hesablara hücumları yoxlamaq və ehtiyac olacağı halda müdaxilə etmək imkanlarına sahib olacaq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Salahın faciə ilə başlayan kəşf edilmə hekayəsi - stadionda 72 azarkeşin ölümündən sonra...

SONRAKI XƏBƏR

Bu şirkət rebrendinq etdi – Azərbaycanda