“İphone” istifadəçiləri üçün 17 ən təhlükəli mobil tətbiq - SİYAHI

“İphone” istifadəçiləri üçün 17 ən təhlükəli mobil tətbiq - SİYAHI

Əsasən “Android” əməliyyat sistemində qarşımıza çıxan təhlükəli tətbiqlər, “IOS” sistemi üçün də mövcuddur.
“Wandera” adlı mobil təhlükəsizlik firması, “App Store”da yer alan 17 tətbiqdə “clickware” müəyyən edib. Yəni bu tətbiqlər istifadəçinin idarəsi olmadan internet səhifəsi açır və həmin şəxs fərqinə varmadan arxa plandakı reklamlara məruz qalır. Sözügedən tətbiqlər həmçinin istifadəçinin xəbəri olmadan qurğuya təhlükəli viruslar yükləyir.
Müxtəlif kaleqoriyalardan olan bu tətbiqlərin ortaq özəlliyi eyni “AppAspect Technologies Pvt” adlı şirkət tərəfindn hazırlanmasıdır.
Faktaz.com “İphone”lar üçün təhlükəli olan həmin tətbiqləri sizə təqdim edir:

1. “RTO Vehicle Information” - Sürücülər üçün tətbiq
2. “EMI Calculator & Loan Planner” - Aylıq ödənişi hesablamaq kredit ödəmənizi planlaşdırmaq üçün tətbiq
3. “File Manager – Documents” - Fayl meneceri və virtual USB sürücüsüdür. Sənədləri görüntüləyir
4. “Smart GPS Speedometer” - GPS, yəni qlobal məkan tanıma tətbiqi
5. “CrickOne – Live Cricket Scores” - Canlı, Kriket oyunun hesablarını göstərən tətbiq
6. “Daily Fitness – Yoga Poses” - Gündəlik fitnes və yoqa məşqləri üçün tətbiq
7. “FM Radio – Internet Radio” - İnternet vasitəsiylə radio dinləməniz üçün tətbiq
8. “My Train Info – IRCTC & PNR” - Dəmir Yolları haqqında məlumatları əldə etməyə kömək edən tətbiq
9. “Around Me Place Finder” - Məkan müəyyənləşdirici tətbiq
10. “Easy Contacts Backup Manager” - Kontaktlarınızın ehtiyat nüsxəsini bir kranda götürməyə imkan verən tətbiq
11. “Ramadan Times 2019” - Ramazan ayının təqvimi üçün tətbiq
12. “Restaurant Finder – Find Food” - Restoranları axtarmaq üçün tətbiq
13. “BMI Calculator – BMR Calc” - İstifadəçiyə bədən kütləsi indeksini və BMR indeksini hesablamağa imkan verən bir tətbiqdir
14. “Dual Accounts” - Birdən çox hesab tətbiqetməsi. Yəni “Facebook”, “Twitter”, “Instagram” və sairə kimi sosial şəbəkə hesabınızı idarə etməyə kömək edən tətbiq
15. “Video Editor – Mute Video” - Video redakə üçün tətbiq.
16. “Islamic World – Gibla” - Qiblənin istiqamətini müəyyən edən tətbiq
17. “Smart Video Compressor” - Video formatının dəyişdirmək üçün tətbiq.

Mənbə: faktaz.com