Mi Note 10 smartfonu təqdim olundu

"Xiaomi" şirkəti Çindən kənarda "Note 10" adlandırılacaq "Mi CC9 Pro" smartfonunu təqdim edib. Bu, şirkətin 108 meqapiksellik əsas kamera ilə təchiz edilmiş ilk smartfonudur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon 5 kamera ilə təchiz edilib: 108 meqapiksellik əsas modul, 8 meqapiksellik telefoto obyektiv, 12 meqapiksellik portret kamerası, 20 meqapiksellik genişbucaqlı obyektiv və 2 meqapiksellik makro obyektiv. "DxOMark" reytinqinə əsasən, sözügedən smartfonun kamerası bazarda ən yaxşı hesab olunur.

"Mi Note 10" aparatı FullHD (2340x1080 piksel) təsvir ölçülü 6,47 düymlük "AMOLED" displey, "Snapdragon 730G" səkkiznüvəli prosessoru, 6/8 QB əməli, 128/256 Qb daxili yaddaş və qulaqlıq üçün konnektorla təchiz edilib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Göyçayda gərgin mübarizə, hücumlar və əks hücumlar NAR KUBOKUNU və pulları KİMlər QAZANDI..., XÜSUSİ REPORTAJ

SONRAKI XƏBƏR

Macarıstan Türk Akademiyasında daha aktiv rol almaq istəyir