"Boeing 737 MAX" təyyarələrinin istismarına qoyulmuş qadağa uzadılıb

"Boeing 737 MAX" təyyarələrinin istismarına qoyulmuş qadağa uzadılıb

“American Airlines” “Boeing 737 MAX” təyyarələrinin istismara verilməsini 5 mart 2020-ci ilədək təxirə salıb.

APA xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc edilib.

“Şirkət mütəmadi olaraq ABŞ aviasiya orqanları ilə əlaqə saxlayır və bu təyyarələrin istifadəsinə qoyulan qadağanın 5 mart 2020-ci ildə ləğv olunacağını gözləyir”, - məlumatda belə deyilir.

Aviaşirkət laynerin sertifikat verildikdən dərhal sonra nümayiş reyslərini həyata keçirməyi planlaşdırır. “American Airlines” donanmasında 24 “Boeing 737 MAX” layneri var. Daha 10 təyyarə isə sifariş verilib.

Mənbə: apa.az