Lynk&Co 05 kupe-krossoverinin şəkilləri dərc edilib

Lynk&Co 05 kupe-krossoverinin şəkilləri dərc edilib

İnternet şəbəkədə kupeyəbənzər krossover - Lynk&Co 05 haqqında məlumatlar peyda olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq gələn il yerli bazarda yolsuzluq avtomobilinin satışına start veriləcək. Krossoverin hazırlanması ilə Geely və Volvo aparıcı avtomobil brendlərinin mütəxəssisləri məşğul olurlar. Yenilik SMA platformasında həyata keçirilir. Avtomobil dəbdəbəli dam örtüyü, unikal radiator barmaqlığı və təkmilləşdirilmiş bamperlər alıb. Dəyişikliklər, həmçinin optika və arxa fənərlərə də toxunub.

Krossoverin texniki parametrləri hələ ki, göstərilməyib. Çin bazarında Lynk&Co 05 krossoverinin dəyəri təxminən 250 min yuan olacaq. Satışa daxil olma müddəti avtomobilin rəsmi premyerasından sonra açıqlanacaq.

Mənbə: news.milli.az