Çayları plastikdən təmizləmək üçün cihaz hazırlanıb

Çayları plastikdən təmizləmək üçün cihaz hazırlanıb

25 yaşlı hollandiyalı ixtiraçı, suda üzərək plastik məmulatları yığa bilən unikal cihaz təqdim etmişdir. Qurğu eyni zamanda günəş panelləriylə işləyir.

illi.Az deyerler.org-a istinadən bildirir ki, hollandiyalı 18 yaşlı iş adamı Boyan Slatın yaratdığı şirkətin əsas işi "İnterceptor" sistemini hazırlamaq idi. O, cihazı ötən il sınaqdan keçirmək istəsə də, bunu yaxın vaxtlarda həyata keçirə bildi. Slatın fikrincə dünya okeanlarında olan 80% plastik tullantılar ora axan çaylar vasitəsi ilə düşür buna görə, təmizlənməyə məhz çaylardan başlamaq lazımdır. Bu məqsədlə, yaxın 5 ildə bu problemi həll edə bilən müasir cihaz hazırlanmışdır.

Slatın gəmisi çaylarda üzərək plastik tullantıları toplayır. Eyni zamanda, gəminin qabaq hissəsi yolda maneə olan ağac parçalarını qıra bilən xüsusi bir formaya malikdir. Gəminin qabaq hissəsində olan konveyr lenti toplanan plastik tullantıları yığaraq, onları içəridə nəzərdə tutulmuş xüsusi konteynerlərə yerləşdirir. Cihazın dəyərinə gəlincə, hal-hazırda onun qiyməti təqribən 700 min avrodur, lakin istehsal miqyası artdıqca bu qiymət azalacaq.

Mənbə: news.milli.az