Instagram TikTok-un “klonu”nu hazırlayıb

Instagram TikTok-un “klonu”nu hazırlayıb

İnstagram, Çinin TikTok xidmətini xatırladan videoredaktor əlavə etməklə Stories formatını genişləndirib. Hələ ki xidmət braziliyalılıar üçündür.

TechCrunch xəbər verir ki, Stories-dəki yeni funksiya 15 saniyəlik çarxlar çəkməyə imkan imkan verir və onlara msuiqilərlə effektlər də əlavə etmək mümkündür.

Çarxları hazırlayarkən İnstagram istifadəçiləri TikTok-da da olduğu kimi musiqini digər videolardan götürə bilərlər. Məsələn, “hashtag”lar üzrə audio tapmaq və ya Facebook kolleksiyasından seçmək. Hazır videoları bütün izləyicilərlə, “ən yaxşı dostlarla” və ya ictimai bölmədə paylaşmaq mümkün olacaq. Ən məhşur çarxlar xüsusi əlavədə görünəcək.

Qeyd edək ki, İnstagram-ın qurucusu Kevin Systrom videonun musiqi ilə dəyişdirilməsi çox universal bir ideya olduğunu deyib.

Mənbə: bizplus.az