"Kalaşnikov" AK-12-nin NATO standartını istehsal etməyi düşünür

"Kalaşnikov" AK-12-nin NATO standartını istehsal etməyi düşünür

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Kalaşnikov" konserninin Baş dizayneri Sergey Urzhumtsev bildirib.

O, yeni nəsil AK-12-nin NATO tərəfindən standartlaşdırılmış 5, 56x45 mm kalibrli bir modelə sahib ola biləcəyini qeyd edib.

Onun sözlərinə görə, hazırda tüfənglərin əksəriyyəti 5.45 və 7.62 kalibrlidir.

"Lakin indi "Kalaşnikov" 7.62x51mm kalibrli AK-12 üçün ixrac sifarişinə sahibdir. Ayrıca, NATO standartına uyğun olaraq 5.56x45 mm AK-12 inkişaf etdirməyi planlaşdırırıq", - deyə Urzhumtsev qeyd edib.

Qeyd edək ki, Rusiya ordusu AK-12-ni 2018-ci ilin yanvar ayında silahlanmaya qəbul edib. 2,5 min tüfəngdən ibarət ilk partiya 2018-ci ilin dekabrında Rusiya ordusuna təhvil verilib.

Yeni AK TR3 silahının mülki versiyası isə 2019-cu ilin avqust ayında satışa çıxarılıb.

Sevinc Əliyeva

Mənbə: ordu.az