Yerdən də başqa yerdə həyat varmış: Bir izin iziylə...

Yerdən də başqa yerdə həyat varmış: Bir izin iziylə...

Mütəxəssislər başqa planetlərdə həyat izlərinin olduğu yeri aşkarlayıb.

Cebhe.info xəbər verir ki, nəticəni ABŞ-ın Braun Universitetinin əməkdaşları ortaya çıxarıb. Onların araşdırmasına görə, Marsdakı “Cezero” kraterində həyat izlərinin saxlanılmasına rast gəlinməsi ehtimalı var. Məlumat Phys.org-da yer alıb. “Mars Reconnaissance Orbiter” vasitəsilə araşdırma aparan alimlərin fikrincə, tapılan hidratlaşmış dioksid Yerdə mikroskopik canlıların saxlanmasına xidmət edir. NASA bu rayona “Mars-2020” missiyası çərçivəsində yeni gəmi göndərmək niyyətindədir. “Cezero” kraterində qədimlərdə göl mövcud olub.

Çaylar həmin gölə həm də nə zamansa Qırmızı planetdə mövcud olmuş canlı orqanizmlərin qalıqlarını gətirə bilərdi.

Xatırladaq ki, NASA 2020-ci ildə Marsa növbəti missiya göndərəcək. Qırmızı planetə göndəriləcək “Curiosity” hava gəmisi ilə bənzər missiyanı icra edəcək. O, Marsda həyat axtarışı ilə məşğul olacaq.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info