ABŞ yeni ballistik raket sınaqlarının astanasındadır

ABŞ yeni ballistik raket sınaqlarının astanasındadır

Pentaqon yaxın vaxtlarda silahlara nəzarət müqaviləsi ilə qadağan edilmiş yeni bir raketi sınaqdan keçirmək niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Moskvanı pozmaqda günahlandırdığı orta mənzilli Nüvə Qüvvələri Müqaviləsini (INF) tərk etməsi yeni sınaqların həyata keçirilməsinə şərait yaradıb.

Məlumata görə, sınaqların bu ay keçiriləcəyi bildirilsə də, dəqiq zamanı və məkanı hələ də sirr olaraq qalır.

Qeyd edək ki, 1987-ci ildə SSRİ və ABŞ arasında bağlanan sözügedən müqavilə hər iki ölkəyə 310 mildən 3420 milədək məsafədə yerüstü raketlərə malik olmağı qadağan edirdi.

Sevinc Əliyeva

Mənbə: ordu.az