Xiaomi şirkəti qatlana bilən ekrana və 5 ön kameraya sahib smartfonun patentini aldı

Xiaomi şirkəti qatlana bilən ekrana və 5 ön kameraya sahib smartfonun patentini aldı

Xiaomi şirkətinin təkmilləşdirilmiş kameralara sahib növbəti smartfonlar üzrə planları ortaya çıxıb. Belə ki, şirkətin yeni patenti qatlana bilən ekrana və diqqət çəkən sayda kameraya sahib smartfonu ortaya çıxardıb. Milli.Az technote.az-a istinadən bildirir ki, beləliklə ortaya çıxmış patent sorğusuna əsasən şirkətin sözügedən smartfonu qatlana bilən ekranı və gövdənin daxilinə inteqrasiya edilmiş 5 kameranı özündə birləşdirir.

İstifadəçinin sözügedən smartfonu əlində necə tutacağından asılı olaraq o həm selfie fotoları həm də mənzərə fotoları çəkə bilər. Kameralar isə öz növbələrində smartfonun ən qalın hissəsində batareya, sistem platası və smartfonun çalışmasından cavabdeh olan texniki komponentlər ilə birlikdə yerləşəcəklər. Qeyd etmək lazımdır ki, şirkət hələ ki, qatlana bilən smartfon modelini rəsmi olaraq təqdim etməyib. Bu qeyri adi dizayna sahib smartfonun texniki göstəriciləri və ya təqdimat tarixi barəsində bir məlumat yoxdur.

 

Mənbə: news.milli.az