“Instagram” bütün dünyada istifadəçilərin “like”larını gizlətməyə başladı

“Instagram” bütün dünyada istifadəçilərin “like”larını gizlətməyə başladı

“Instagram” kənar şəxslərin “like”larını gizlədən test proqramını bütün dünyaya yaydı.

Bu haqda sosial şəbəkə öz “Twitter” səhifəsində yazıb.

“Əgər siz testdə iştirak edirsizsə daha kənar “like”ları və yazıları öz lentinizdə görməyəcəksiz”, - deyə yazıda bildirilir.

Yeni test əvvəl yalnız Avstraliya, Braziliya, İrlandiya, Yaponiya, Kanada, İtaliya və Yeni Zelandiya da işliyirdi.

Şəbəkənin yaradıcıları bildiriblər ki, test haqqında rəylər əsasən müsbət olduğundan onu bütün dünyaya yaymaq qərara alınıb.

Mənbə: www.oxu.az