"Facebook" və "Twitter"ə yeni rəqib gəldi

  "Facebook" və "Twitter"ə yeni rəqib gəldi

"Vikipediya"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.

Bu barədə "Report" "Financial Times"a istinadən xəbər verir.

Ueylsin açıqlamasına görə, "WT: Social" reklamlardan azad lacaq. Layihə "Vikipediya"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir. Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır.

Mənbə: report.az