ABŞ-ın ilk “Kolumbiya” sinifinə məxsus sualtı qayığının inşası gələn il başlaya bilər

ABŞ-ın ilk “Kolumbiya” sinifinə məxsus sualtı qayığının inşası gələn il başlaya bilər

“General Dynamics” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün nüvə mühərrikli ballistik raketlə təchiz olunmuş “Kolumbiya” sinfinə məxsus sualtı gəmilərin inşasına gələn il başlaya bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Febe Novakoviç məlumat verib.

O qeyd edib ki, sualtı gəminin dizayn və planlarının 53-55 faizi hazırdır.

Qeyd edək ki, bu sinifə məxsus sualtı qayıqlar hazırda ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunan 14 “Ohayo” ballistik raketlə təchiz olunmuş sualtı qayığını əvəz etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva

Mənbə: ordu.az