Hindistan ballistik raket sınağı keçirdi

Hindistan ballistik raket sınağı keçirdi

Hindistan “Aqni-II” adlı ballistik raketin sınağını keçirib.

Cebhe.info xəbər verir ki, sınaq Hindistan ərazisində həyata keçirilib. Bu haqda ölkənin strateji qüvvələr üzrə komandanlığı məlumat yayıb. Məlumata görə, raket qoyulan məqsədə çatıb və şərti hədəfə nüvə zərbəsi endirib.

Qeyd edək ki, raket Əbdül Kəlam adasındakı poliqonda sınaqdan çıxarılıb. Raketin hədəf məsafəsi 2 min km-dir. Hərbçilər bildirib ki, belə bir silah ilk dəfədir ki, axşam vaxtı sınaqdan keçirilib.

Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info