Xiaomi ağıllı yastıq təqdim edib

Xiaomi ağıllı yastıq təqdim edib

Xiaomi şirkəti mütəmadi olaraq geniş çeşidli məhsullar təqdim edir.

Yastıq 93% Taylanddan gətirilmiş təbii lateksdən hazırlanıb. O, ölçüsünə görə həm qadınlar həm də kişilər üçün nəzərdə tutulub. Kişilər üçün olan 60x34x7sm qabaritlidir və 1,2 kq çəkiyə malikdir. Kiçik ölçülü olanı isə 60x34x5(8)sm qabaritlidir və 1 kq.-dır.

Qulaqların düşdüyü mərkəzi hissə bir qədər içəri batıq formadadır. Burada elektrik istiqac və üç impulsiv antena yerləşir. Onlar qan dövranını sürətləndirir və qulaqlarda gərginliyi aradan qaldırır.

Elektrik istiqac 38-53 dərəcə diapazonunda 6 fərqli temperaturda ola bilir. Üç antenası 1000 Hz tezlikdə impuls ötürür. 15 sürət tənzimləyicisi müxtəlif növ massaj və hətta iynələrlə müalicə etmə həyata keçirir.

Yastığın iki stereodinamikası və Bluetooth-u var və onlar smartfona qoşulamq üçün istifadə edilirlər. Bundan başqa, intelektual yuxu müddəti və keyfiyyəti təhliledicisi, yaxşı yuxu üçün tövsiyələri və istiliklə massajı deaktiv etmə funksiyaları da var.

Milli.Az

Mənbə: news.milli.az