Pakistan uzaq mənzilli raketlərin test buraxılışını uğurla həyata keçirib

Pakistan uzaq mənzilli raketlərin test buraxılışını uğurla həyata keçirib

İslamabad, 18 noyabr, AZƏRTAC

Pakistan uzaq mənzilli “yer-yer” növündən olan “Shaheen-1” raketlərinin sınaq buraxılışını uğurla başa çatdırıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu haqda jurnalistlərə “Inter Services Public Relations” şirkətinin Baş direktoru Asif Qafur məlumat verib. O deyib ki, raket bütün növ döyüş başlıqlarını 650 kilometr məsafəyə daşımaq qabiliyyətinə malikdir.

Asif Qafur bildirib ki, Pakistanın arsenalında orta mənzilli ballistik “Shaheen-2” və “Ghauri” raketləri də var. Daha iki ballistik raket- “Shaheen-III” və “Ababeel” hazırlanma mərhələsindədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Mənbə: azertag.az