DÜNYADA İLK: elektrik yarış təyyarəsi təqdim edildi

DÜNYADA İLK: elektrik yarış təyyarəsi təqdim edildi

Dubayda “Dubai Air Show” aviasalonu çərçivəsində “Airbus” şirkətinin dəstəyi ilə keçirilən təyyarə yarışlarında “White Lightning” adlı dünyanın ilk elektrik yarış təyyarəsi təqdim olunub.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, təyyarəni hazırlayan “Air Race E” şirkətinin mütəxəssislərinin sözlərinə görə, “White Lightning” Böyük Britaniyada yerləşən “Condor Aviation” şirkətinin zavodunda istehsal ediləcək.

Bildirilir ki, yeni təyyarə havada 10 metr hündürlükdə saatda 482 km sürətlə hərəkət edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, “White Lightning” təyyarəsində istifadə edilən litium batareyaları onu yüksək intensivlikli yarışlarda 5 dəqiqə, aşağı sürətli əlavə uçuşlarda isə 10 dəqiqə ərzində enerji ilə təmin edir.

2020-ci ildə “Air Race E” elektrik təyyarələri üçün dünyada ilk təyyarə yarışları keçiriləcək. Gələn həftə ilk yarışda iştirak edəcək 8 komandanın adının açıqlanacağı gözlənilir.

Mənbə: lent.az