ABŞ-da uçan motosiklet ixtira etdilər

ABŞ-da uçan motosikletin istehsalı ilə bağlı məlumat verilib.

BiG.AZ bildirir ki, istehsalçıların məlumatına əsasən, qeyri-adi nəqliyyat vasitəsi 4.5 km hündürlüyə qədər qalxa bilir və saatda 600 km sürətlə hərəkət edir.

Qeyd edilir ki, konstruksiya vertikal uçuş və eniş üçün nəzərdə tutulub. Mühərrik isə kerosin, dizel və aviasiya yanacağı ilə çalışır. İlk nüsxənin istehsalı üçün 2 milyon dollar yığılıb. Uçuş müddəti hündürlükdən və pilotun çəkisindən asılı olaraq 10-22 dəqiqə arasında dəyişir.

Big.az

ƏVVƏLKİ XƏBƏR

Saatlıda piyada yol qəzası nəticəsində ölüb

SONRAKI XƏBƏR

Bakıda yaşayış binasına qaz verilmir - "Bizdən qaz veriləcək adı ilə 1200 manat pul yığıb" - VİDEO