Bitcoin yalnız bu şərtlə 1 milyon dollara qədər bahalaşa bilər

Bitcoin yalnız bu şərtlə 1 milyon dollara qədər bahalaşa bilər

Ekspert Marius Lendman "Bitcoin"nin necə bahalaşa biləcəyini açıqladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, Lendmanın fikrincə, kriptovalyuta yalnız "super hiperinflyasiyanı" üstələsə, 1 milyon dollaradək bahalaşa bilər.

Kriptovalyuta mütəxəssisi Tvitter hesabında qeyd edib ki, Bitcoin bu prosesin öhdəsindən gələcək. Çünki maynerlərin qazancı 4 ildən bir 2 dəfə azalır.

Mənbə: news.milli.az