Üzünüz sosial mediya üçün autentifikasiya rolu oynayacaq

Üzünüz sosial mediya üçün autentifikasiya rolu oynayacaq

Facebook identifikasiya sisteminda bu yaxın zamanda dəyişəcək. Təxminən 2,5 milyard aktiv istifadəçisi olan sosial media nəhəngi çox sayda saxta hesabın olduğunu və bunun insanları narahat etdiyini bilir.

Milli.Az techland.az-a istinadən bildirir ki, bu çərçivədə yeni bir identifikasiya metodu hazırlayan Mark Zuckerberg və komandası, üzünüzü çəkdiyiniz bir video istəyəcək. Bu videoda üzünüzü fərqli cəhətlərdən çəkməlisiniz.

Smartfonunuzu açmaq üçün istifadə etdiyiniz üz tanıma sisteminə bənzər dairəvi yoxlama, internet botlarının yaratdığı hesabları aşkar etmək üçün istifadə ediləcəkdir.

Yeni layihəsini məlumat toplamaq üçün istifadə etmədiyini deyən Facebook, "üz tanıma texnologiyasından istifadə" iddialarını da rədd edib. Bəzi istifadəçilər bu yeni layihədən narahat olduqlarını bilirib.

Milli.Az

Mənbə: news.milli.az