Avropada ən çox satılan maşınlar

Avropada ən çox satılan maşınlar

İngilis analitikləri, Avropada SUV seqmentində ən çox satılan avtomobillərin adlarını açıqlayıblar.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa bazarında ən çox satılan Volkswagen Tiguan olub.

2019-cu ilin oktyabr ayında Avropada 18543 Volkswagen Tiguan satılıb.

Bu göstərici həmin maşının ən çox satılan modellərin Top-5-iyinə düşməsinə kömək edib.

Segment istisna olmaqla ən populyar avtomobillərin sıralamasına 34,362 ədəd satış göstəricisi ilə Volkswagen Golf başçılıq edib.

“Gümüş”ü Renault Clio (19576 ədəd satılmaqla), “bürüncü”ü isə 19225 ədəd satışla Volkswagen Polo əldə edib.

Satış nəticəsi üzrə lider onluğa oktyabr ayı üçün düşən digər maşınlar bunlardır: Ford Fiesta (18 919 maşın), Volkwagen Tiguan (18 543 ədəd), Toyota Yaris (18 280 maşın), Renault Captur (17 850 ədəd), Peugeot 208 (17 746 maşın), Citroen C3 (17 698 ədəd) və Skoda Octavia (17 608 satılan maşın).

Mənbə: lent.az