15 dəqiqəsi 4 dollara - "Təmiz hava" satılır - FOTO

Hidistan dünya əhalisinin ən çox olduğu ölkələrdən birirdir. BU səbəbdən burada havanın çirkliliyi də olduqca yüksəkdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Çin, Yaponiya, Hindistan kimi əhalisi çox olan ölkələrdə insanlar həm də sənaye istehsalı müəssisələrinin çox olması səbəbindən kirli hava ilə mübarizə aparmaq məcburiyyətində qalırlar. Xüsusilə Çin və Hindistan son illər kirli havasına görə rekord həddədir.

Mütəxəssislər bildirir ki, Hindistanın paytaxtı Dehlidə kirli hava səviyyəsi ölümcül hala çatıb. Bu şəhərdə hətta çirkli hava səbəbindən məktəblərdə tətil elan edilib, vətəndaşlar bayıra çıxmaması üçün xəbərdarlıq edilib.

Son ölçülmələrə əsasən bu şəhərin hava indeksi 527 xalla qiymətləndirilib. BU isaə dünyada qeydə alınan ən rekord hədd hesab olunur. Havadan ağciyərlərə hopan zərərli hissəciklərin nisbəti (PM2.5) hər metr üçün 533 mikrogram müəyyən edilib.

Bu vəziyyət yeni çarələrin düşünülməsinə gətirib çıxarıb. Belə ki, bir şirkət vətəndaşlar üçün təmiz hava satmağa başlayıb.

Kimyəvi borularda istehsal olunan və saxlanan və fərqli aromalara sahib olan bu təmiz hava bədənə və zehinə müsbət təsir göstərir. Bu havadan istifadə etməyin 15 dəqiqəsi 4 dollara başa gəlir. Bu üsuldan bir neçə müddət əvvəl Çində də istifadə edilib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bələdiyyə üzvlüyünə gənc namizəd Fərid Şahbazlı kimdir?-DOSYE

SONRAKI XƏBƏR

Həbsdə olan Dəmirtaş xəstaxanaya qaldırılıb