ABŞ HDQ 9 atom sualtı qayığının hazırlanması üçün müqavilə imzalayıb

ABŞ HDQ 9 atom sualtı qayığının hazırlanması üçün müqavilə imzalayıb

Müqavilənin dəyəri 22,2 milyard dollardan çoxdur...

Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri 9 ədəd yeni nəsil "Virciniya" tipli çoxməqsədli atom sualtı qayıqlarını sifariş edərək tarixində ən böyük hərbi gəmi inşası üçün müqavilə bağlayıb.

İnterAz-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bu barədə CNN məlumat yayıb.

Müqavilənin dəyəri 22,2 milyard dollardan çoxdur. Eyni zamanda, müqavilədə 10 "Virginia" tipli sualtı qayığının hazırlanmasını nəzərdə tutan opsiya var.

Bu halda müqavilənin məbləği 24 milyardadək arta bilər.

Mənbə: www.interaztv.com