"Fintech100" siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil edib

"Fintech100" siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil edib

Niderlandın beynəlxalq audit şirkəti "KPMG" və Avstraliyanın "H2 Ventures" "fintech" investisiya şirkətinin hazırladığı "Fintech 100" siyahısının 6-cı buraxılışı nəşr olunub.

"Report" xəbər verir ki, bu il də "Fintech100" siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil ediblər. Siyahıda Asiya bölgəsindən 34, Yaxın Şərq, Avropa və Afrikadan ümumilikdə 25, ABŞ-dan isə 22 şirkət yer alıb.

Məlumata görə, siyahıda 27 ödəmə şirkəti, 19 fərdi aktivləri idarə edən şirkət, 17 sığorta şirkəti, 15 kredit şirkəti və 22 müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət yer alıb.

Hesabatda yer alan şirkətlərə son bir ildə ümumilikdə 18 mlrd dollar investisiya yatırılıb və 2,5 mlrd istifadəçiyə çatmaqla maliyyə xidmətlərinin genişləndirilməsinə böyük dəstək veriblər.

Mənbə: report.az